!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda ağır qəza: 4 yaralı

!Reklam – Yazi

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 3 üzvü və daha bir nəfər ağır xəsarətlər alıb.

Yenicag.az-ın məlumatına görə, hadisə saat 13.00 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.

Sabirabad rayonunun Güdəcühür kənd sakini, 1980-ci il təvəllüdlü Abbasov Ramil Soltanəli oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 XH 058 dövlət nömrə nişanlı avtomobil Qaratoğay kənd sakini, 1980-ci il təvəllüdlü Nuriyev Səbuhi Samid oğlunun idarə etdiyi VAZ 21015 markalı, 54 BX 814 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü və “VAZ 21015” markalı avtomobildə olan sərnişinlər – 2010-cu il təvəllüdlü Nuriyeva Sərvin Səbuhi qızı və 1956-cı il təvəllüdlü Yaqubova Gülnaz Yaqub qızı xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

4243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv