!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda ailə faciəsi

!Reklam – Yazi

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”-a istinadən  xəbər verir ki, hadisə Surra-Padarçöl kəndləri ərazisindən keçən hissədə baş verib.

İlkin məlumata görə, Şamaxı rayon dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb. Nəticədə bir ailənin 2 üzvü – Şamaxının Göylər kənd sakini, 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu, 1980-cı il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu suda boğularaq ölüb. Şamaxının Göylər kənd sakini, 1965-ci il təvəllüdlü Nuhiyeva Atlas Lələ qızı isə xəsarət alıb.

Ölənlərin meyitləri FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəsarət alan qadın isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aprılır.

www.yenicag.az

1497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv