Sabirabadda avtobus qəzası – Ölən və yaralılar var

avtobusqezasiSabirabadda yük avtomobili avtobusla toqquşub.

Hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, bir azyaşlı ölüb.

Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Apa)