Sabirabadda avtomobil su kanalına aşdı – Ölən var

Sabirabad rayonunda yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Həmidov küçəsində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 1982-ci il təvəllüdlü Azad Hümbət oğlu Həziyev idarə etdiyi avtomobili su kanalına aşırıb.

Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./Report/