Sabirabadda bir nəfər yanğında xəsarət aldı

Sabirabadda yanğın olub, xəsarət alan var.

Bu barədə Yenicag.az-a FHN-dən bildirilib.

Rayonun Çiçəkli kəndində həyətyanı sahəyə yığılan 40 ton ot bağlamasının 15 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.