Sabirabad rayon sakininin meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Həsənov Cəmaləddin Əli oğlunun meyiti Əsədli kəndində yaşadığı evin həyətindəki tövlədə asılı vəziyyətdə aşkarlanıb.
Onun intihar etdiyi ehtimal edilir.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.