!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda əməliyyat - 14 çətənə kolu zərərsizləşdirildi

!Reklam – Yazi

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Yenicag.az-ın məlumata görə, polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şıxsalahlı kənd sakini Mədət Hacıyev saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır./Trend/

www.yenicag.az

1097
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv