Sabirabadda ər arvadını, sonra özünü güllələdi

99353Sabirabad rayonunda ər arvadını güllələyib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Ulacalı kəndində baş verib.

Ulacalı kənd sakini Azad Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Sədaqətə, sonra özünə xəsarət yetirmişdir. Nəticədə onlar hər ikisi xəstəxanaya yerləşdirilmişdir.

Hər iki yaralı ağır vəziyyətdə rayon xəstəxanasına yerləşdirilib.

Zaqatala RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd “İJ” markalı tüfəng götürülüb.