Sabirabadda ev yandı

Sabirabad şəhərində yanğın hadisəsi baş verib.

Yenicag.az-a FHN-dən verilən məlumata görə, ümumi sahəsi 220 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə, evə bitişik ümumi sahəsi 40 m² olan talvarın taxta atmaları yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.