Sabirabadda ev yandı

Sabirabad rayonunun Muğan Gəncəli kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 1 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə,Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.