Sabirabadda ev yandı

Sabirabad rayonunun Qaratəpə kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının və mətbəxinin qamışdan ibarət tavanı 50 m² sahədə və qismən ev əşyaları yanıb.