Sabirabadda “Hyundai” yandı

Sabirabad rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi, salonu və qabaq təkərləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.