Sabirabadda itin boğazına ip bağlayaraq işgəncə verən şəxsin kimliyi müəyyən edilib.
Yenicag.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.
O bildirib ki, sosial şəbəkələrdə yayılmış görüntülərdə bir nəfərin itin boyun hissəsindən iplə bağlayaraq aparması ilə bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılıb:
“Görüntülərdə həmin şəxsin əsəb və epilepsiya xəstəliyindən əziyyət çəkən rayonun Məmişlər kənd sakini C.Səmədzadə olduğu müəyyən edilib. Məlum olub ki, C.Səmədzadənin qohumuna məxsus həyətdə saxlanılan həmin canlının təbii ölümü baş verib. O isə iyrənməsi səbəbindən iti iplə bağlayaraq həyətdən çıxarıb. Bu zaman qardaşı onun görüntülərini çəkərək təsadüfən paylaşıb.
C.Səmədzadə və qardaşı ilə RPŞ-də profilaktiki söhbətlər aparılıb, bir daha belə hallara yol verməmələri tapşırılıb”.