Sabirabadda baş vermiş yanğın iki böyük ərzaq mağazasını əhatə edib və onun ticarət mərkəzinə keçməsinə imkan verilməyib.
Əraziyə 10-dan çox yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.Yanğın söndürülüb.
Ümumi sahəsi 1000-1500 kv/m-dən artıq olan iki böyük və iki kiçik ticarət obyekti yanaraq yararsız hala düşüb.
Sahibkarlara xeyli miqdarda ziyan dəyib.
İlkin ehtimala görə, yanğın mağazaların birində olan soyuducuda yaranmış qısaqapanmadan qaynaqlanıb.
***
Sabirabad rayonunda güclü yanğın başlayıb.
Hadisə mərkəzi bazarda və yaxınlıqdakı ticarət mərkəzində qeydə alınıb.
Yanğınla bağlı FHN 3 saylı çağırış elan edib. Hadisə yerinə Sabirabad, Saatlı və Şirvan yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür./APA/