Sabirabad rayonunda mağazadan oğurluq edən şəxslər saxlanılıb.
Yenicag.az DİN Mətbuat xidmətinin Şirvan şəhər regional qrupuna istinadən xəbər verir ki, fevralın 7-də Sabirabad rayon sakini Əvəz Muradov Sabirabad RPŞ Qaragüney PB-nə ərizə ilə müraciət edərək bir gün əvvəl ona məxsus mağazadan oğurluq edilməsi barədə məlumat verib.
Məlumatla əlaqədar həmin ünvana gələn Qaragüney PB-nin əməkdaşları müvafiq tədbirlər keçiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, mağazadan 1000 manat dəyərində telefon danışıq kartları və 580 manat dəmir pul oğurlanıb.
Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslərin paytaxtın Xətai rayonu ərazisində olmaları müəyyən edilib. Xətai RPİ 35-ci və Sabirabad RPŞ Qaragüney Polis Bölmələrinin əməkdaşlarının birgə keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Əlisa Nərimanov, Tovuz rayon sakini Pirqulu Hüseynov və Biləsuvar rayon sakini Nüslət Həsənəliyev saxlanılıblar.
Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər.
Oğurladıqları telefon danışıq kartlarının müəyyən bir qismi isə maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.