Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabirabadda qatar avtomobili vurub, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, yük qatarı “QAZ 31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.

Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirib.

Ölən şəxslərin kimliyi müəyyənləşdirilib – Sabirabad rayonu Qardaşkənd kənd sakinləri, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu və 1967-ci il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlu.

Qəzanın təfərrüatları, xəsarət alan şəxsin kimliyi müəyyənləşdirilir.

Yeniçağ.Az

www.yenicag.az

502