Sabirabadda sürücülük hüququ olmayan şəxs 11 yaşlı oğlanı vurub öldürdü

Sabirabadda 11 yaşlı uşağı maşın vurub öldürüb.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Muğan prospektində baş verib. Şəhər sakini 1952-ci il təvəllüdlü Feyruz Ayaz oğlu Ələkbərov sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Mercedes-Benz” markalı avtomobillə şəhərin Muğan prospektində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Sabirabad rayonu Qalaqayın kənd sakini 2012-ci il təvəllüdlü Rəvan Pərviz oğlu Qasımlını vurub. Azyaşlı xəstəxanada ölüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə başlanılmaqla istintaq aparılır.