Sabirabadda uşaq valideyn diqqətsizliyinin qurbanı olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qəzli kəndində qeydə alınıb. Üzüm çardağına çıxan üç yaşlı Hüseynli Fateh Ayaz oğlu oradan yıxılaraq ağır xəsarət alıb.
Uşaq xəstəxanaya aparılarkən yolda keçinib.
Araşdırma aparılır.