Sabirabadda yeniyetmənin meyiti Kür çayından çıxarıldı

Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Məmmədli Emil Fərzi oğlunun axtarışları başa çatıb.

Bu barədə FHN-dən Yenicag.az-a məlumat verilib.

Bildirilib ki, E.Məmmədlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

COP29