!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda yol terroru

!Reklam – Yazi

1407426090Sabirabadda 2 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

18.00 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində “Toyota-Prado” markalı 90 KP 014 dövlət nömrə nişanlı avtomobillə VAZ 21014 markalı M 569 MP 123 RUS dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Hadisə nəticəsində VAZ 21014 markalı avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Saatlı rayon sakini Abbasov Oktay Əsgər oğlu hadisə yerində ölüb, Bakı sakini 1952-ci il təvəllüdlü Surxayev Zakir Səlim oğlu isə xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib, digər sərnişinlər – Biləsuvar 2-ci qəsəbə sakini 1976-cı il təvəllüdlü Həşimova Xalidə Balaca qızı, Bakı sakini 1952-ci il təvəllüdlü Səmədov Allahverdi Cəmil oğlu, Biləsuvar 2-ci qəsəbə sakini 2002-ci il təvəllüdlü Həşimov Tural Qədir oğlu, Bakı sakini 1959-cu il təvəllüdlü Səmədov Xalıqverdi Cəmil oğlu və Bakı sakini 1952-ci il təvəllüdlü Rüstəmova Sədaqət Fikrət qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv