Sabirabadda yük avtomobili qaz xəttinin üzərinə aşdı – 171 abunəçi qazsız qaldı – FOTO

Sabirabad rayonunun Qaralı kəndində

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, nəticədə qaz xəttinin 18 metrlik hissəsi, eləcə də 1 ədəd sayğac yararsız vəziyyətə düşüb. Müvəqqəti olaraq kəndin 171 abunəçisinin qaz təchizatı dayandırılıb.

Hazırda təmir işləri görülür.