!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadlı saqqalkəsənin şok fotoları

!Reklam – Yazi

Elşad Miri hesab edir ki, QMİ də bu hadisələrin inkişafında məsuliyyət daşıyır

remsi Sabirabadda sələfinin saqqalını qırxan şəxsin şok şəkilləri üzə çıxıb. Belə ki, sosial mediada çıxan şəkillərdən bəlli olur ki, Kərbəlayi Rəmzi Zeynalov heç də təsadüf nəticəsində Cavanşır Zərbəliyev  adlı dindarı döyməyib. Onun Odnoklassniki saytındakı səhifəsindən bəlli olur ki, o, bu işi tək görmür və saqqal qırxdıqdan sonra sanki cinayətkar yaxalamış kimi aparıb zərərvurduğu şəxsi polisə təhvil verirmiş. Elə həmin şəxsin həbs olunduğuna dair xəbərin yayıldığı saatlarda sosial mediaya öz profilindən polislə çəkilmiş şəklini paylaşması sübut edir ki, bu şəxsi müdafiə edənlər var və bu səbəbdən də rayonun ortasında istədiyi hərəkəti edir.

Onun əlində silahı saqqalı bir şəxsin başına dayadığı şəkillər sübut edir ki, bu qanunsuz fəaliyyəti üçün kifayət qədər hazırlıqlı olub.

Eyni zamanda qeyd olunur ki, Daxili İşlər Naziri Ramil Usubov məsələyə müdaxilə etməsəymiş, Rəmziyə Sabirabad polisində hətta təqdirnamə belə verilməsi gündəmdə imiş. Guya qeyri-ənənəvi təriqətlərə qarşı polisin mübarizəsinə Rəmzi Zeynalov dəstək verib. Lakin nazirin haqlı müdaxiləsi nəticəsində “qəhrəman”ın kefi pozulub.

Sabirabad polisindən fərqli olaraq, cənab nazir məsələnin hansı problemlərə yol açacağından xəbərdar olduğu üçün potensial fitnənin qarşısının alınmasını tapşırıb. Sabirabad polisi isə küçə ortasında etdiyi cinayətin videosu yayımlandığı halda bunu ört-basdır edərək, Rəmzi Zeynalovu qorumaq istəyib.

Sabirabad hadisələrinin ardından sələfilərin Facebook səhifələrinin dağıdılaraq, onların adından dövlətə verilən bəyanatlar da burada xarici dövlətlərin xüsusi marağını ortaya qoyur. Söhbət ondan gedir ki, xəvaric və təkfirçilərdən fərqli olaraq, sələfilər fitnənin çıxmamasına təşəbbüs göstərsələr də, məhz onların səhifələri qırılaraq, onların adından dövlətə ultimatiumlar çatdırılmışdı.

İlahiyyatçı Elşad Miri hesab edir ki, məsələnin bura qədər inkişaf etməsinin səbəbi araşdırılmalıdır. İlahiyyatçının sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə dəfələrlə bildirib ki, belə məsələlərə qarşı mübarizə aparmaq lazımdır. Maarifləndirmə yerinə mübarizə sözünün seçilməsinin yanlış olduğunu qeyd edən ilahiyyatçı belə nəticənin yaranmasında QMİ-nin də məsuliyyət daşıdığını bildirir.

O, hesab edir ki, Sabirabad və digər yerlərdə baş vermiş belə hadisələr insanlarda qızışdırıcı motivlər yaradır: “Bu cür çıxışlarda məqsəd insanları birliyə, bərabərliyə deyil, əksinə məzhəb qarşıdurmasına aparıb çıxara biləcək məsələlərə yönləndirməkdir. Baş vermiş hadisə tamamilə səhvdir. “Qurani-Kərim”də buyrulur ki, hamılıqla Allahın ipindən möhkəm yapışın. Lakin bəzi yerlərdə müəyyən şəxslər onların təriqətlərindən, görünüşündən olmayanlara qarşı səhv qərarlar qəbul edirlər. Belə hərəkətlər Azərbaycanda tolerantlığa vurulmuş ən böyük zərbələrdən biridir. Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri bu məsələ ilə əlaqədar həll yolu tutsalar, daha yaxşı nəticələr əldə edə bilərik. Bu belə olmasa, insanların içərisində nifrətin yaranmasına, həmin o insan və o cür düşünən şəxslərə qarşı yalnış düşüncələrə səbəb olacaq. Amma bu adamla əlaqədar müəyyən tədbirlər görülsə, məsələlər müsbət mənada həllini tapacaq. Bu ən azından insan haqlarına qarşı təcavüzdür. Araşdırmaq lazımdır, həmin adam bunu ölkədə təxribat törətmək üçün də edə bilər. Sosial şəbəkələrdə yayılan şəkillərindən həmin insanın normal dini dəyərlərlə yaşayan adam fikri formalaşmır. Həmin şəkillərdə Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirməyən görüntülər var. Aidiyyatı qurumlar məsələ ilə əlaqədar rəsmi reaksiya verməlidirlər. Problem hüquqi şəkildə həll edilməlidir. Sabah bu adamla bağlı hansısa problem yaranarsa, o zaman bu Azərbaycanda məzhəblərarası qarşıdurmaya səbəb ola bilər. Parlamentdə təriqət və məzhəblərarası münasibətləri tənzimləyən qanun qəbul edilməlidir. Bu tip məsələlər Azərbaycanın təhlükəsizliyi üçün diqqətdə saxlanılmalıdır”.

İrana tez-tez səfərlər edən Kərbəlayi Rəmzi Zeynalovun sensasiyalı fotoları:

AZERİNFO.ORG

 

www.yenicag.az

2610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv