Şabran polisi əməliyyat keçirdi: Saxlanılan var

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Mehman Dadaşovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan yarım kiloqrama yaxın marixuana və 7 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Dadaşovun barəsində həbs qətimkan tədbiri seçilib.