Şabran və Goranboy rayonlarının icra başçıları dəyişdi – Sərəncam

Prezident İlham Əliyev Asif Hüseynovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər sərəncamla Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının sərəncamları ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, dövlət başçısının bir digər sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.