Şabranda 4 otaqlı ev külə döndü

Şabranda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, rayonunun Uzunboyad kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.