Şabranda 8 otaqlı evdə yanğın baş verdi

Şabran rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Uzunboyad kəndində ümumi sahəsi 160 m² olan, ikimərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 65 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.