Şabranda iki avtomobil toqquşdu: Ölənlər var – FOTO

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu Gəndob kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır./Report/