Şabranda mikroavtobus aşdı – Altı nəfər xəsarət aldı

Şabran rayonunun Zağlı kəndi ərazisində “Ford” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

Yenicag.az-ın məlumatına görə, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./Report