!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şabranda polis mayoru avtomobillə qadını vurub

!Reklam – Yazi

daa66ddbdcc12e427c37e39efa79751fOktyabrın 15-ə keçən gecə Şabran rayonu, Heydər Əliyev prospektində rayon sakini 1979-cu il təvəllüdlü Soltanova Gülşahnaz Məlikqızını vuran sürücünün kimliyi müəyyənləşib.

Hadisəni törədən şəxs Şabran rayon Polis Şöbəsinin əməkdaşı, sahə müvəkkili, polis mayoru Ramin Ağayevdir. O, idarə etdiyi “Niva” markalı avtomaşınla qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

***

Bu gün gecə Azərbaycanın Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şabran rayon sakini, 1979-cu il təvəllüdlü Gülşahnaz Məlikqızı naməlum maşın tərəfindən vurulub, sürücü hadisə yerində qaçıb. Ağır vəziyyətdə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. O, səhər saatlarında xəstəxanada ölüb.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv