!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Şabrandakı yanğının söndürülməsinə amfibiya təyyarəsi də cəlb olundu - Xəsarət alanlar var / YENİLƏNDİ 

!Reklam – Yazi

Ötən gündən başlayaraq Şabran rayonu ərazisində baş verən yanğın hadisələri zamanı beş nəfər xəsarət alıb.

Onlardan ikisi yanğın baş verən kəndlərin sakinləri olub. Yanıq xəsarətləri alan kənd sakinləri Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 3 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Onları hamısı ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

***

14:46

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

www.yenicag.az

226
Ads
www.veteninfo.com
!Reklam – Arxiv