“Sabun operası” kimi MƏHKƏMƏ ÇƏKİŞMƏSİ: Afət-Flora qarşıdurması necə yekunlaşdı? – QƏRAR

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat təzminat ödəməlidir.

Yenicag.az-a açıqlama verən Xalq artistinin köməkçisi Əli Davudov 2 ilə qədər davam edən məhkəmənin artıq yekunlaşdığını bildirib:

“İndi çıxdıq məhkəmədən. Mülki işə Nərimanov Rayon Məhkəməsi tərəfindən xitam verilib.

Binəqədi Rayon Məhkəməsində Afət Fərmanqızına cinayət işi açılmışdı. Ancaq o axtarışda olduğu üçün cinayət işinin icraatıı dayandırılmışdı.

Biz həmin işi Nərimanov Rayon Məhkəməsinə göndərdik. Artıq işə xitam verilib. Afət Fərmanqızı təzminat ödəməli və dediyi şər-böhtanlara görə təkzib verməlidir”

Cəvahir

COP29