Sabunçu bazarında yanğın – FOTOLAR

Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisindəki Sabunçu bazarında yerləşən telefon aksesuarları satılan mağazada elektrik naqillərinin həddən artıq yüklənmə səbəbindən yanğın başlayıb.

Alovlar qısa zamanda yaxınlıqdakı aptekə və digər mağazalara keçib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabunçu və Nizami rayonları üzrə Yanğından Mühafizə Xidmətinin 5 briqdası cəlb edilib.

Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.