Sabunçu rayonunda yanğın oldu

Sabunçu rayonunda yanğın olub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakının Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan, bir dam altında tikilən, birmərtəbəli, müxtəlif təyinatlı obyektlərdən sahəsi 65 m² olan mağaza, bitişik, sahəsi 10 m² olan ofis otağı və sahəsi 25 m² olan köməkçi tikilinin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.