Sabunçu rayonunda yanğın

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Yenicag.az FHN-ə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olmuşdu. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunmuşdu.