Sabunçuda 2 otaqlı ev kül oldu

Bakıda ev yanıb.

Yenicag.az-a FHN-dən verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 72 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.