Sabunçuda 25 yaşlı qadın evində ölü tapıldı

Bakıda 25 yaşlı qadın evində ölü tapılıb.

Yenicag.az xəbər verir ki, Sabunçu rayonu, Ramana qəsəbəsində 1998-ci il təvəllüdlü Zərquliyeva Şahinə Müqəddəs qızının meyiti yaşadığı evdə naqildən asılmış vəziyyətdə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Onun Psixiatriya Xəstəxanasında qeydiyyatda olduğu və ambulator müalicə olunduğu deyilir.