Sabunçuda 3 otaqlı ev yandı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yüksək temperaturdan mətbəx mebeli 5 poqonometr və 1 ədəd soyuducu qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb