!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabunçuda ağır qəza – Avtobus aşdı

!Reklam – Yazi

129649_res_01Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

49 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu Ramiz Qəmbərov küçəsi ilə hərəkətdə olarkən əyləc sistemində nasazlıq yaranıb.

Bunu görən sürücü sərnişinləri düşürüb. Yol yoxuş olduğundan avtobus arxaya doğru hərəkət etməyə başlayıb. Əyləc işləmədiyindən sürücü maşını saxlaya bilməyib.

Avtobusun arxadan gələn avtomobillərə çırpılacağını görən sürücü onu bordürlərə vuraraq saxlamaq istəyib. Lakin yoldan çıxan avtobus aşmaq təhlükəsi ilə üzləşib.

Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Əraziyə ağır texnika cəlb olunub. Texnikanın köməkliyi ilə avtobus çıxarılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv