Sabunçu rayonu sakinləri küçədə yaranan natəmizlikdən əziyyət çəkirlər.
Yenicag.az-a müraciət edən sakinlər bildiriblər ki, küçə boyu yerləşdirilən zibil qutularının dolub-daşmasına, anti-sanitar vəziyyətin və pis qoxunun yaranmasına baxmayaraq, 2 həftədir zibillər daşınmır.
Sakinlər bildiriblər ki, yayın bu isti günlərində uzun müddət ərazidə yığılmış zibillər daşınmadan qaldıqca ərazini üfunət qoxusu basır.
“Xəstəliklərin ən sürətli yayıla biləcək bu yay günlərində Sabunçu rayon İcra Hakimiyyəti sakinlərin şikayətini dinləmək istəmir. Zibillər neçə müddətdir ətrafa dağılmaqda davam edir”, – deyə sakinlər qeyd edib.
Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi (Respublika Narkoloji Mərkəzinin yaxınlığı) sakinləri anti-sanitar vəziyyətin tezliklə aradan qaldırılmasına ümid edirlər.
Yaranan vəziyyətlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, telefonun dəstəyini qaldıran əməkdaş zənglərimizə israrla otboy verməyə davam etdi.
Yenicag.az yaranmış problemin tezliklə həllinə ümid etmək istəyir.