Sabunçuda FACİƏ – Kondisionerin qaz-kislorod balonu partladı – Ölən var

Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan Yenicag.az-a bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, rayonun Bakıxanov qəsəbəsi ünvanda yerləşən “Baku Elektronics” elektrik avadanlıqlar dükanına məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.