!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabunçuda həkim bıçaqlanıb - VİDEO

!Reklam – Yazi

Sabunçu rayonunun təcili tibbi yardımın həkimi bıçaqlanıb.

Yenicag.az xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində yerləşən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yarım stansiyasında qeydə alınıb.

Təcili yardım stansiyasında xadiməçi işləyən qadının birinci həyat yoldaşı, 38 yaşlı Hüseynov Abbas Seyid oğlu sərxoş vəziyyətdə və əlində bıçaqla xəstəxanaya gələrək keçmiş arvadı ilə mübahisə edib. Abbas Hüseynov keçmiş həyat yoldaşı bıçaqla vurmaq istəyən stansiyanın həkimi, 64 yaşlı Əflatun Yusifov araya girib. Nəticədə bıçaq həkimin ürək nahiyəsindən dəyib. Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Dərhal əməliyyat olunub. Vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv