Sabunçuda mazutluq və məişət tullantıları ərazisində yanğın oldu

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində mazutluq və məişət tullantıları olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Bu barədə FHN-dən Yenicag.az-a verilən məlumatda bildirilib.

Qeyd edək ki, yanğınla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunmuşdu.

Əlavə məlumat veriləcək.