Sabunçuda otluq ərazidə yanğın başladı – YENİLƏNDİ 

Bakı şəhərinin Nizami rayonunda otluq və qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yenicag.az FHN-ə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, təqribən 1 ha ərazidə quru ot və 400 m² sahədə qamış yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

*** 17:55

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində otluq və qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

COP29