Sabunçuda QƏZA: Ölən var

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yolu keçən Şərur rayon sakini Əfsər Abdullayevi Bakı şəhər sakini Ş.Muradov idarə etdiyi “Hyundai” markalı avtomobillə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.