Sabunçuda tikintisi başa çatmayan evdə yanğın oldu

Bakıda yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunda tikintisi başa çatmayan, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 80 kvadratmetr sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.