Sabunçuda üçotaqlı ev kül oldu

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.