Sabunçuda yanğın baş verdi

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

FHN-dən Yenicag.az-a verilən xəbərə görə, 750 m² sahədə quru ot, qamışlıq və elektrik dirəyindən keçən kabel 15 p.m yanıb.

Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 15 m² sahədə qarsalanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.