Sabunçuda yataqxanaya bitişik tikili yandı

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonda üçmərtəbəli yataqxana binasına bitişik ümumi sahəsi 35 m² olan tikilinin yanar konstruksiyaları yanıb. Yataqxana binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.