Sabunçuda yol-nəqliyyat hadisəsi baş verdi – XƏSARƏT ALAN VAR

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Maştağa qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1975-ci il təvəllüdlü Atayeva Xalidə Baba qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.