Şad xəbər: Bu il böyük əfv sərəncamı imzalanacaq

“Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük əfv qərarı həyata keçiriləcək”.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri İnsan hüquqları komitəsinin iclasında komitənin sədri Zahid Oruc deyib.

O bildirib ki, komitəyə əfv qərarları ilə bağlı müraciətlər var: “Ulu Öndərin 100 illiyi ilə bağlı böyük əfv qərarı icra ediləcək”.